Fransa Azərbaycanla bağlı siyasətində bütün hədləri aşmaqdadır - Tural Gəncəliyev
Fransanın dənizaşırı müstəmləkəsi olan Yeni Kaledoniyanın ərazisinə ezam edilmiş AZƏRTAC-ın əməkdaşına Fransa tərəfindən qanunsuz şəkildə peşəkar fəaliyyətinə müdaxilə göstərilərək ərazidən çıxarılması və bununla yanaşı jurnalistə qarşı qəddar, qeyri-etik davranış qətiyyət qəbul edilməzdir.
Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında deputat Tural Gəncəliyev deyib.
O qeyd edib ki, bu Fransanın kağız üzərində söz azadlığından, demokratiyadan dəm vurduğunu göstərir.
"Fransa son zamanlar Azərbaycan və Cənubi Qafqazla bağlı siyasətində bütün hədləri aşmaqdadır. Azərbaycanlı jurnalistin Fransa müstəmləkəsindən əziyyət çəkən Yeni Kaledoniyadakı vəziyyəti işıqlandırarkən fəaliyyətinin qarşısının alınması Fransanın iç üzünü ifşa etmiş olur. Fransanın bu hərəkətini bütün beynəlxalq təşkilatlar qarşısında qaldırmaq lazımdır. Bu, Makron diktaturasının ən qəddar şəkildə özünü biruzə verməsidir. Onun diktaturası Cənubi Qafqazda Ermənistanın hərbi avantüraya cəlb edilməsi, silahlandırması və digər təxribatlarını davam etdirir. Eyni zamanda öz müstəmləkəsi olduğu yerlərdə də insan haqlarını kobud surətdə pozur", - deyə o, qeyd edib.
Qeyd edək ki, AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam edilmiş əməkdaşı Aygün Həsənovanın bu ölkənin rəsmi dairələri tərəfindən jurnalist kimi peşəkar fəaliyyətini yerinə yetirməsinə qanuni əsas göstərmədən maneçilik törədilməsini və polis bölməsində saxlanılaraq "arzuolunmaz şəxs" qismində ölkədən çıxarılıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре