İctimai nəqliyyatdan istifadə edənlərə

Sərnişinlər 15 manatdan 100 manata kimi cərimə edilə bilərlər.

Xezerxeber.az xəbər verir ki, sohbət ictimai nəqliyyatda  mövcud  qaydlara  əməl  etməyən sərnişinlərdən gedir.

Qanunvericiliyə görə, eskalatroun sürahisini çıxardan, zərurət  olmadan "stop "açarından istifadə edənlər,qatarlar  hərəkət  edən zaman  qapıları  açanlar, eyni zamanda qatarın yola düşməsini ləngidənlərin 50 manat cərimə edilməsi nəzərdə tutulur.

Dəmir yoluna hər hansı bir əşya atanlar isə 30 manat cərimə ödəməlidir.

Bundan başqa metropolitenin ventilyasiya şaxtası köşklərinə 25 metrdən yaxın məsafədə hər hansı bir əşya yandırmağın da cəriməsi 100 manatdır.

Ekspertin sözlərinə görə, son illərdə demək olar ki, ciddi qayda pozuntusu olmadığına görə, ictimai nəqliyyatda cərimələnmə olmayib.

Varsa belə, bu epizodik hal olduğa görə, cərimə edilmədən qarşısı alınıb. Məhz buna görə insanların əksəriyyəti bu qaydaların olmasından xəbərsizdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.