Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq və şərəf duyuram.
Sizə işlərinizdə uğurlar, Azərbaycan xalqına isə yüksək rifah, inkişaf və təhlükəsizlik arzulayıram.
Əminəm ki, Sizin yenidən Prezident seçilməyiniz Azərbaycan Respublikası ilə Körfəz Əməkdaşlıq Şurasının artıq güclü olan əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcəkdir.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul edin".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре