https://news.day.az/azerinews/1652190.html
Bulvarda gəzinti gəmiləri niyə işləmir? - RƏSMİ AÇIQLAMA
Bulvarda gəzinti gəmiləri niyə işləmir? - RƏSMİ AÇIQLAMA
![Bulvarda gəzinti gəmiləri niyə işləmir?](https://img.day.az/2024/04/15/800x550/17131835005361145422_1200x630.jpg)
Hazırda Xəzər dənizinin səviyyəsinin enməsi və suyun sahildən geriyə çəkilməsi ilə əlaqədar Bakı şəhərinin Dənizkənarı Milli Parkında gəzinti gəmiləri müvəqqəti olaraq işləmir.
Day.Az xəbər verir ki, bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, gəzinti gəmiləri dənizdə suyun səviyyəsinin enməsi ilə əlaqədar 2022-ci ilin oktyabrından fəaliyyətini dayandırıb: "Gəmilər texniki baxışdan keçirilib, heç bir texniki nasazlıq yoxdur. Sadəcə olaraq sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə hazırda gəzinti gəmilərinin işləməsi qeyri-mümkündür".
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре