https://news.day.az/azerinews/1652834.html Türkiyənin 9-cu gəmisi Qəzzaya yola düşüb Qəzza zolağına humanitar yardım daşıyan Türkiyənin doqquzuncu "yaxşılıq gəmisi" dünən Mersin limanından yola düşüb.

Türkiyənin 9-cu gəmisi Qəzzaya yola düşüb

Azərbaycanca, 17 апреля 2024 20:07 (UTC +04:00) 601
Türkiyənin 9-cu gəmisi Qəzzaya yola düşüb

Qəzza zolağına humanitar yardım daşıyan Türkiyənin doqquzuncu "yaxşılıq gəmisi" dünən Mersin limanından yola düşüb.

Day.Az türk KİV-lərinə istinadən xəbər verir ki, Türkiyənin Qızıl Ay Cəmiyyəti və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən hazırlanan yardımlar Misirin Əl-Ariş limanına, oradan da Rəfah keçid-məntəqəsi vasitəsilə Qəzzaya çatdırılacaq.

Məlumata görə, Suriya, Hindistan, Misir və Liviyadan olan 14 nəfərlik şəxsi heyətlə yola çıxan gəmi Qəzzaya 3 min 774 ton yardım aparır. Yüklərin arasında hazır ərzaq bağlamalarından əlavə, 869 ton un, 14 min 700 bağlama uşaq bezi, 2 min yataq tulumu və 400 ton müxtəlif yardım ləvazimatları var.

Türkiyədən Qəzzaya bu kimi yardım gəmilərinin müntəzəm olaraq göndərilməsi nəzərdə tutulur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости