https://news.day.az/azerinews/1653322.html Bakı Fransız Liseyinin şagirdlərinin NƏZƏRİNƏ! Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Bakı Fransız Liseyinin fəaliyyətini dayandırması ilə bağlı açıqlama verib. BŞTİ-dən Day.Az-a verilən açıqlamada bildirilib ki, özəl təhsil müəssisəsi olan Bakı Fransız Liseyi təsisçinin qərarı ilə fəaliyyətini dayandırır.

Bakı Fransız Liseyinin şagirdlərinin NƏZƏRİNƏ!

Azərbaycanca, 19 апреля 2024 15:56 (UTC +04:00) 698
Bakı Fransız Liseyinin şagirdlərinin

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Bakı Fransız Liseyinin fəaliyyətini dayandırması ilə bağlı açıqlama verib.

BŞTİ-dən Day.Az-a verilən açıqlamada bildirilib ki, özəl təhsil müəssisəsi olan Bakı Fransız Liseyi təsisçinin qərarı ilə fəaliyyətini dayandırır.

"Ancaq cari tədris ilinin sonuna qədər liseydə tədris prosesi davam etdiriləcək.

Valideynlərin müraciəti olduğu halda liseydə təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi (https://sy.edu.az/login) təmin edilə bilər. Əlavə sualı olan valideynlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-1) zəng etməklə dövlət ümumi təhsil müəssisələri (https://bakimektebleri.edu.az/) haqqında məlumat ala bilərlər.

Bununla yanaşı, şagirdlər digər özəl məktəblərdə də təhsillərini davam etdirə bilərlər", - məlumatda qeyd edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости