https://news.day.az/azerinews/1673669.html Şuşada daha 56 nəfər işlə təmin olunacaq - FOTO Şuşa şəhəri Dövlət Xidmətləri Mərkəzində 56 nəfər işlə təmin olunacaq.Day.Az Trend-ə istinadən xəbər verir ki, Dövlət Xidmətləri Mərkəzinin yenidənqurma və təmir işlərinə Prezident İlham Əliyevin tapşırığına əsasən, 2023-cü il mayın 10-da başlanılıb.Mərkəzdə işləyəcək əməkdaşların Şuşa şəhər sakini olması təmin edilib.

Şuşada daha 56 nəfər işlə təmin olunacaq - FOTO

Azərbaycanca, 9 июля 2024 11:32 (UTC +04:00) 1 113
Şuşada daha 56 nəfər işlə təmin olunacaq

Şuşa şəhəri Dövlət Xidmətləri Mərkəzində 56 nəfər işlə təmin olunacaq.

Day.Az Trend-ə istinadən xəbər verir ki, Dövlət Xidmətləri Mərkəzinin yenidənqurma və təmir işlərinə Prezident İlham Əliyevin tapşırığına əsasən, 2023-cü il mayın 10-da başlanılıb.

Burada keçmiş poçt binasında və onun yerləşdiyi ərazidə Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən əsaslı təmir işləri aparılıb, geniş yaşıllıq zonası salınıb. Dördmərtəbəli binanın əsaslı təmirindən sonra burada "ASAN xidmət" və "DOST xidməti" mərkəzləri, KOB evi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (poçt, rabitə qovşağı) filialı fəaliyyət göstərəcək.

Mərkəzdə işləyəcək əməkdaşların Şuşa şəhər sakini olması təmin edilib. Binanın sahəsi 2600 m2-dir. Ümumilikdə dövlət xidmətləri mərkəzində fəaliyyət göstərəcək qurumlar üzrə 56 nəfərin aidiyyəti işlər üzrə işlə təmin edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib.

  • Şuşada daha 56 nəfər işlə təmin olunacaq
  • Şuşada daha 56 nəfər işlə təmin olunacaq
  • Şuşada daha 56 nəfər işlə təmin olunacaq
  • Şuşada daha 56 nəfər işlə təmin olunacaq
  • Şuşada daha 56 nəfər işlə təmin olunacaq
  • Şuşada daha 56 nəfər işlə təmin olunacaq
  • Şuşada daha 56 nəfər işlə təmin olunacaq
  • Şuşada daha 56 nəfər işlə təmin olunacaq
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости