https://news.day.az/azerinews/1673677.html Kürəkdə niyə sızanaq yaranır? Kürəyinizdə sızanaqlar varsa, bu vəziyyətə daha ciddi yanaşmalısınız. Bir neçə fərqli səbəbi olan kürək sızanaqlarından xilas olmaq elə də asan deyil.Day.Az medicina.az-a istinadla kürəkdə yaranan sızanaqların səbəblərini və onlardan xilas olma yollarını təqdim edir:- Yağlı dəri quruluşunun sızanaqların ən böyük səbəbi olduğu bilinir.

Kürəkdə niyə sızanaq yaranır?

Azərbaycanca, 10 июля 2024 04:41 (UTC +04:00) 675
Kürəkdə niyə sızanaq yaranır?

Kürəyinizdə sızanaqlar varsa, bu vəziyyətə daha ciddi yanaşmalısınız. Bir neçə fərqli səbəbi olan kürək sızanaqlarından xilas olmaq elə də asan deyil.

Day.Az medicina.az-a istinadla kürəkdə yaranan sızanaqların səbəblərini və onlardan xilas olma yollarını təqdim edir:

- Yağlı dəri quruluşunun sızanaqların ən böyük səbəbi olduğu bilinir. Tıxanmış məsamələrə dolan bakteriya səbəbli infeksiya sızanaqlara səbəb olur.
- Yağlı kremdən istifadə etmək, gündəlik qulluğa düzgün əməl etməmək, makiyaj və tərləmə sızanaq şikayətlərini artırır.

- 25 yaşdan sonra müşahidə olan sızanaqlara genetik faktorlar da təsir edə bilər.

- Daha bir neçə faktor sızanağa səbəb ola bilər:

- Hormonal dəyişikliklər

- Yanlış duş geli seçimi

- Saç maskası və balzamının dəridən yaxşı təmizlənməməsi

- Keyfiyyətsiz geyimlər

- Qaraciyər problemləri

Sızanaqlar fərdlərin sosial həyatını və özünə inamını təsir edən bir sağlamlıq problemidir. Buna görə də yanlış müdaxilə etmədən, vaxtında müalicə almaq lazımdır. Ən yüngül sızanaqlar belə ən azı 6 ay müalicə edilməlidir. Buna görə də səbirli olmaq və müalicəni dayandırmamaq lazımdır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости