https://news.day.az/azerinews/1673925.html Seçkiqabağı təşviqat üçün bütün namizədlərə bərabər şərait yaradılmalıdır - Zeynal Nağdəliyev Seçkiqabağı təşviqat üçün bütün namizədlərə bərabər şərait yaradılmalıdır.Day.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

Seçkiqabağı təşviqat üçün bütün namizədlərə bərabər şərait yaradılmalıdır - Zeynal Nağdəliyev

Azərbaycanca, 10 июля 2024 12:06 (UTC +04:00) 387
Seçkiqabağı təşviqat üçün bütün namizədlərə bərabər şərait yaradılmalıdır

Seçkiqabağı təşviqat üçün bütün namizədlərə bərabər şərait yaradılmalıdır.

Day.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

Zeynal Nağdəliyev qeyd edib ki, bununla bağlı yerli icra orqanlarına tapşırıq verilib: "Avqustun 9-dək bu iş bitəcək".

Azərbaycan Prezidentinin köməkçisi bildirib ki, seçici siyahılarının dürüstləşdirilməsi ən vacib məsələlərdən biridir: "Bu iş aidiyyəti qurumlar tərəfindən davam etdirilməlidir. İndiyə qədər seçicilərin sayı 22,2 % artıb. Bu, 28 iyuna olan rəqəmdir".

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости