https://news.day.az/azerinews/1674861.html
Bakıda yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə edilib
Bakıda yaşayış binasında yanğın olub. Fövqəladə Hallar Nazirliyindən Day.Az-a verilən xəbərə görə, məlumata görə, Suraxanı rayonunda dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 84 m² olan 2 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.
Bakıda yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə edilib

Bakıda yaşayış binasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Day.Az-a verilən xəbərə görə, məlumata görə, Suraxanı rayonunda dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 84 m² olan 2 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yüksək temperaturdan mənzilin dəhlizi 8 m² sahədə qarsalanıb və 3-cü mərtəbədə yerləşən mənzilin 1 ədəd plastikdən ibarət pəncərəsi əriyib.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре