https://news.day.az/azerinews/1675701.html Avtomobil yollarında quraşdırılan yeni monitorlar cərimə yazır? - AÇIQLAMA Avtomobil yollarında quraşdırılan monitorlar sürücüləri məlumatlandıran rəqəmsal sistemdir. Day.Az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev deyib.

Avtomobil yollarında quraşdırılan yeni monitorlar cərimə yazır? - AÇIQLAMA

Azərbaycanca, 18 июля 2024 13:49 (UTC +04:00) 933
Avtomobil yollarında quraşdırılan yeni monitorlar cərimə yazır?

Avtomobil yollarında quraşdırılan monitorlar sürücüləri məlumatlandıran rəqəmsal sistemdir.

Day.Az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev deyib.

O bildirib ki, yeni sistem cərimə və inzibati xətalarla bağlı qeydiyyat aparmır, yalnız sürücülərin təhlükəsizliyinə xidmət edir.

"Bu monitorların quraşdırılmasında məqsəd hərəkət iştirakçılarının profilaktikası olmaqla, sürücülərin idarə etdikləri avtomobilin sürət göstəricisini əks etdirməsidir.

Hər bir sürücü sürət həddinə əməl etməli, özünün və digər şəxslərin həyat və sağlamlığına etinasız yanaşmamalıdır. Yolda sürət təhlükədir", - deyə o əlavə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости