https://news.day.az/azerinews/1681598.html Qarabağ Universitetinin ilk tələbəsinin sevinci - VİDEO Qarabağ Universitetinin ilk tələbəsi məlum olub. Bu şəxs Atilla Muradlıdır. Atilla 519.2 balla Qarabağ Universitetinin Elektrik və elektronika mühəndisliyi ixtisasında təhsil almaq istədiyini açıqlayıb.Mingəçevir şəhər 20 saylı məktəbin məzunu olan Atilla Muradlı bu sevincə görə şəhid və qazilərə borclu olduğunu deyir.

Qarabağ Universitetinin ilk tələbəsinin sevinci - VİDEO

Azərbaycanca, 13 августа 2024 09:35 (UTC +04:00) 870
Qarabağ Universitetinin ilk tələbəsinin sevinci

Qarabağ Universitetinin ilk tələbəsi məlum olub. Bu şəxs Atilla Muradlıdır. 

Day.Az xəbər verir ki, "Təhsildə xüsusi nailiyyətləri ilə fərqləndiyi üçün qızıl döş nişanı"na layiq görülən Atilla Muradlı Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən müsabiqədənkanar qaydada, yüksək göstəriciləri ilə Qarabağ Universitetinə təhsil almaq hüququ qazanıb.

Atilla 519.2 balla Qarabağ Universitetinin Elektrik və elektronika mühəndisliyi ixtisasında təhsil almaq istədiyini açıqlayıb.

Mingəçevir şəhər 20 saylı məktəbin məzunu olan Atilla Muradlı bu sevincə görə şəhid və qazilərə borclu olduğunu deyir. O, Qarabağ Universitetini seçdiyi üçün qürurlu olduğunu söyləyir.

Qeyd edək ki, A.Muradlı Lütfizadə adına Respublika məntiq olimpiadası, N.Nəbiyev adına Respublika fizika müsabiqəsi, Respublika Astronomiya olimpiadası, Fizika fənni üzrə Respublika fənn olimpiadaları qalibi və mükafatçısıdır.

Xatırladaq ki, 2019-cu ildən beynəlxalq və respublika fənn olimpiadalarının qalibləri ali məktəblərə müsabiqədənkənar qəbul olunurlar.

Elm və təhsil nazirinin müvafiq əmri ilə "Təhsildə xüsusi nailiyyətləri ilə fərqləndiyi üçün qızıl döş nişanı"na layiq görülüb.

Atillanın atası Ehtiram Muradlı deyir ki, valideyn olaraq övladlarının seçiminə müdaxilə etmir. Oğlunun seçimidə onları çox qürurlandırıb.

Atilla magistr təhsilini aerokosmik mühəndislik üzrə alıb, Qarabağda müəyyən layihələrə imza atmağı fikirləşir. O, həmçinin 17-27 avqust 2024-cü il tarixində Braziliyada keçiriləcək Beynəlxalq Astronomiya və Astrofizika olimpiadasında ölkəmizi təmsil etməyə hazırlaşır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости