https://news.day.az/azerinews/1711081.html
Azərbaycanda daha bir tiktoker həbs edilib
Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik qeyri-etik paylaşımlar edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir.

Daxili İşlər Nazirliyindən Day.Az-a verilən məlumata görə, 1996-ci il təvəllüdlü, "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanzadə saxlanılıb.
Ondan narkotik vasitə olan marixuana da aşkarlanaraq götürülüb.
Müvafiq qərarla R.Süleymanzadə 45 sutka inzibati qaydada həbs edilib.
Xatırladaq ki, eyni əməllərə görə, R.Süleymanov bu ilin aprelində də 20 sutka inzibati qaydada həbs edilmişdi.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре