Azərbaycanın qeyri-neft-qaz ixracı artıb
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın qeyri-neft-qaz ixracı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,5% artaraq 2,8 milyard ABŞ dolları təşkil edib. 2024-cü ilin yanvar-oktyabr ayları ərzində yeyinti məhsullarının ixracı 13,6% artaraq 803,1 milyon ABŞ dollarına bərabər olub.
Bu barədə Day.Az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi "İxrac İcmalı"na istinadən xəbər verir.
Cari ilin 10 ayı ərzində ixrac səbətində şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 61,8% artaraq 35,2 milyon ABŞ dolları, pambıq lifi 63,9% artaraq 161,4 milyon ABŞ dolları, bitki mənşəli yağlar və piylər 29.4% artaraq 22,8 milyon ABŞ dolları, kimya sənayesi məhsulları 18,6% artaraq 237,3 milyon ABŞ dolları, spirtli və spirtsiz içkilərin ixracı 15,8% artaraq 59,4 milyon ABŞ dolları təşkil edib.
2024-cü ilin yanvar-oktyabr ayları ərzində ixrac olunan aqrar məhsullar 5,7% artaraq 603,5 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları 60,3% artaraq 260,9 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 17,8% artaraq 864,4 milyon ABŞ dolları təşkil edib.
2024-cü ilin yanvar-oktyabr ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (163.4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq mahlıcı (160,4 milyon ABŞ dolları) ikinci, tomat (pomidor) (142 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре