Məhkəmə həmin direktoru işinə qaytarsa da,

Bu ilin iyun ayında Samuxda məktəbdə keçirilən "Son zəng" tədbirində bayağı musiqi səsləndirilməsinə görə məktəb direktoru işdən azad olunub.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, o həmin musiqini dəstəkləyərək şagirdlərlə birgə qol qaldırıb oynuyub. Hadisə sosial şəbəkələrdə böyük narazılığa səbəb olmuşdu. 

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə direktor Gülsafa Abbasova həmin təhsil müəssisəsində direktor vəzifəsinə qaytarılıb.

Qeyd edək ki, məhkəmə direktorun baş vermiş hadisədə günahsız olması nəticəsinə gəlib. Həmçinin, onun işdən uzaqlaşdırıldığı 6 ay müddətə direktor vəzifəsinin əməkhaqqısının da qaytarılmasına qərar verilib.

Samux rayonu İnstitut qəsəbə tam orta məktəbin işdən çıxarılan direktoru Gülsafa Abbasovanın Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən vəzifəsinə geri qaytarılması ilə bağlı bildiririk ki, bu,

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən isə Milli.Az-a bildirilib ki,  birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş qərarıdır.

"Məhkəmə prosesi hazırda davam edir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən yuxarı instansiya məhkəməsinə müraciət ediləcək".

Qeyd edək ki, MÜTDA-nın "Son Zəng" tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən təlimatın müvafiq bəndini (tədbirdə istifadə olunan musiqilərdə bayağı ifadələrin işlədilməməsi) pozduğuna görə agentliyin əmrinə əsasən Gülsafa Abbasova ilə bağlanmış əmək müqaviləsinə 24.06.2024-cü il tarixdə xitam verilib.