https://news.day.az/azerinews/1711912.html Bu gün IV Şəki Beynəlxalq Teatr Festivalı başlayır - FOTO Dekabrın 1-də Şəkidə IV Beynəlxalq Teatr Festivalı başlayır. AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə reallaşan festival Şəkidə milli peşəkar teatrın yaranmasının 145 illiyinə həsr olunub.

Bu gün IV Şəki Beynəlxalq Teatr Festivalı başlayır - FOTO

Azərbaycanca, 1 декабря 2024 11:51 (UTC +04:00) 928
Bu gün IV Şəki Beynəlxalq Teatr Festivalı başlayır

Dekabrın 1-də Şəkidə IV Beynəlxalq Teatr Festivalı başlayır.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə reallaşan festival Şəkidə milli peşəkar teatrın yaranmasının 145 illiyinə həsr olunub.

Dekabrın 5-dək davam edəcək festivalda ölkəmizin teatrları ilə yanaşı, Qazaxıstan, Özbəkistan və İrandan gələn tanınmış teatr kollektivləri də iştirak edirlər.

Günün ikinci yarısında, axşam saatlarında Şəki Dövlət Dram Teatrında festivalın rəsmi açılış mərasimi olacaq.

Rəsmi hissədən sonra tamaşaçılara Şəki Dövlət Dram Teatrının kollektivinin görkəmli ingilis dramaturqu Uilyam Şekspirin "Heç nədən hay-küy" romantik komediyası əsasında hazırladığı tamaşa təqdim ediləcək.

  • Bu gün IV Şəki Beynəlxalq Teatr Festivalı başlayır
  • Bu gün IV Şəki Beynəlxalq Teatr Festivalı başlayır
  • Bu gün IV Şəki Beynəlxalq Teatr Festivalı başlayır
  • Bu gün IV Şəki Beynəlxalq Teatr Festivalı başlayır
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости