İraq Respublikasının Prezidenti Prezident İlham Əliyevə başsağlığı verib

Iraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Prezident İlham Əliyevə başsağlığı verib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, başsağlığıında deyilir:

"Zati-aliləri cənab İlham Əliyev.

Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

"Azərbaycan Hava Yolları"nın sərnişin təyyarəsinin Qazaxıstan ərazisində qəzaya uğraması xəbərini dərin kədər hissi ilə qarşıladıq.

Bu faciəvi hadisə nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

Allahdan mərhumlara rəhmət, ailələrinə səbir diləyirəm".