Azərbaycan neftinin həftəlik qiyməti - İCMAL
![Azərbaycan neftinin həftəlik qiyməti](https://img.day.az/2025/02/08/800x550/trend_oil_rig_1.jpg)
Ötən həftə neftin qiymətlərində ucuzlaşma qeydə alınıb.
Day.Az xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti ötən həftə ilə müqayisədə 1,7 ABŞ dolları və ya 2,15% azalaraq, 77,34 dollar/barel təşkil edib.
Bu dövr ərzində maksimum qiymət 78,42 dollar/barel, minimum isə 76,42 dollar/barel təşkil edib.
Ötən həftə Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 76,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 1,76 ABŞ dolları və ya 2,26% azdır. Sözügedən dövr ərzində maksimal qiymət 77,23 dollar/barel, minimum isə 75,12 dollar/barel olub.
URALS markalı xam neftin orta qiyməti ötən həftə ilə müqayisədə 2,7 ABŞ dolları və ya 4,23% azalaraq 61,17 dollar/barel təşkil edib. URALS neftinin maksimal qiyməti 62,87 dollar/barel, minimum isə 59,68 dollar/barel təşkil edib.
"Dated Brent" markalı neftin orta qiyməti 2,22 dollar və ya 2,86% ucuzlaşaraq 75,37 dollar/barelə bərabər olub. Ötən həftə "Dated Brent" neftinin maksimal qiyməti 76,37 dollar/barel, minimum isə 74,53 dollar/barel təşkil edib.
Neftin növü / tarix |
03.02.2025 |
04.02.2025 |
05.02.2025 |
06.02.2025 |
07.02.2025 |
Orta qiymət |
Azeri LT CIF |
$78,15 |
$78,42 |
$76,80 |
$76,92 |
$76,42 |
$77,34 |
Azeri Light FOB Ceyhan |
$76,96 |
$77,23 |
$75,59 |
$75,66 |
$75,12 |
$76,11 |
Urals (EX NOVO) |
$62,87 |
$62,57 |
$60,55 |
$60,19 |
$59,68 |
$61,17 |
Dated Brent |
$76,08 |
$76,37 |
$74,83 |
$75,03 |
$74,53 |
$75,37 |
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре