Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
![Bəzi ərazilərə qar yağır](https://img.day.az/2025/02/08/800x550/trend_baki_qar_140124_21.jpg)
Milli Hidrometeorologiya Xidmətinin fevralın 8-i saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.
Xidmətdən Day.Az-а verilən məlumata görə, belə ki, Abşeron yarımadasının bəzi yerlərində, Kəlbəcər, Laçın, Daşkəsən, Gədəbəy, Şəki, Oğuz, Zaqatalada (Əlibəy) arabir qar yağır.
Şimal-qərb küləyi əsir. Narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Bakıda və Abşeron yarımadasında arabir 30 m/s ,sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan MR-da 18 m/s, Şirvanda 15 m/s-yə çatıb.
Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4,6 metrə çatıb.
Qax, Şəki (Kişçay), Lerik, Daşkəsən, Göygöl, Tovuz, Ağstafa, Gəncədə duman müşahidə olunur. Dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında eləcə də Naxçıvan MR-da 6 dərəcəyədək isti, dağlıq rayonlarda 3, yüksək dağlıq ərazilərdə isə 14 dərəcəyədək şaxta qeydə alınıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре