https://news.day.az/azerinews/1736787.html Prezident İlham Əliyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru qəbul edib - FOTO - VİDEO Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birolu qəbul edib. Day.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir. Xəbər yenilənəcək

Prezident İlham Əliyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru qəbul edib - FOTO - VİDEO

Azərbaycanca, 13 марта 2025 15:34 (UTC +04:00) 411
Prezident İlham Əliyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birolu qəbul edib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı əvvəlcə Fatih Birola "Dostluq" ordenini təqdim etdi.

Fatih Birol bu ordenə COP29-da Azərbaycanın sədrliyinə və qlobal iqlim dəyişmələri üzrə irəli sürdüyü təşəbbüslərin təşviqinə verdiyi dəstəyə və səmərəli əməkdaşlığa görə layiq görülüb.

Prezident İlham Əliyev Fatih Birola ölkəmizlə həyata keçirdiyi əməkdaşlığa və COP29-da göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi.

Fatih Birol da öz növbəsində "Dostluq" ordeni ilə təltif olunmasından böyük qürur hissi duyduğunu dedi.

O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını və etibarlı tərəfdaş olduğunu vurğuladı.

COP29-da əldə olunmuş nəticələr münasibətilə təbriklərini çatdıran Fatih Birol bu tədbirdə çox çətin və mürəkkəb danışıqlar prosesinin aparıldığını dedi və iqlim gündəliyi ilə əlaqədar yaxşı nəticələrin əldə edildiyini diqqətə çatdırdı.

Fatih Birol XII Qlobal Bakı Forumuna dəvətə görə təşəkkürünü bildirərək, bu tədbiri beynəlxalq səviyyədə mühüm məsələlərinin müzakirəsi baxımından vacib platforma kimi qiymətləndirdi. O, gələcəkdə də Forumla əməkdaşlıq imkanları ilə bağlı fikirlərini bölüşdü.

Söhbət zamanı qlobal enerji məsələlərinə dair fikir mübadiləsi aparıldı.

  • Prezident İlham Əliyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru qəbul edib

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости