https://news.day.az/azerinews/1758308.html Ötən il Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi 7% artıb - Baş nazir Azərbaycan ilə MDB ölkələri arasında ticarət dövriyyəsinin müsbət dinamikasının qorunub saxlanılması sevindirici haldır. Belə ki, 2024-cü ildə ticarət dövriyyəsi 7% artıb. Cari ilin ilk 4 ayının yekunlarına əsasən isə 43% artım müşahidə olunur.

Ötən il Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi 7% artıb - Baş nazir

Azərbaycanca, 5 июня 2025 12:32 (UTC +04:00) 478
Ötən il Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi 7% artıb

Azərbaycan ilə MDB ölkələri arasında ticarət dövriyyəsinin müsbət dinamikasının qorunub saxlanılması sevindirici haldır. Belə ki, 2024-cü ildə ticarət dövriyyəsi 7% artıb. Cari ilin ilk 4 ayının yekunlarına əsasən isə 43% artım müşahidə olunur.

Day.Az xəbər verir ki, Baş nazir Əli Əsədov iyunun 5-də Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclasında çıxışı zamanı bildirib.

İclas iştirakçılarını Azərbaycanın nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində atdığı addımlar barədə məlumatlandıran Baş nazir qeyd edib ki, xüsusilə gömrük və tranzit əməliyyatlarının rəqəmsallaşdırılmasına xüsusi diqqət yetirilir. Azərbaycan Avrasiyanın mühüm nəqliyyat-logistika mərkəzlərindən biri kimi "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin inkişafında əhəmiyyətli rol oynayır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости