https://news.day.az/azerinews/1765039.html Əli Əsədov Ersin Tatarla bir sıra sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 2-də Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilə görüşüb.

Əli Əsədov Ersin Tatarla bir sıra sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycanca, 2 июля 2025 19:57 (UTC +04:00) 654
Əli Əsədov Ersin Tatarla bir sıra sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 2-də Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilə görüşüb.

Day.Az xəbər verir ki, Nazirlər Kabinetindən Trend-ə bildirilib ki, görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatında (İƏT) müşahidəçi dövlət statusuna malik olan Şimali Kiprin Prezidentinin İƏT-in Xankəndi şəhərində keçirilən 17-ci Zirvə görüşündə iştirakının önəmi vurğulanıb.

Azərbaycan Respublikası ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında son dövrdə müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirildiyi qeyd edilib.

Söhbət zamanı bir sıra sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости