https://news.day.az/azerinews/1766873.html Əli Əsədov Pakistanın federal hüquq və ədliyyə naziri ilə məhkəmə-hüquq sahəsində əməkdaşlığı müzakirə edib Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 10-da Pakistan İslam Respublikasının federal hüquq və ədliyyə naziri Azam Nazir Tarar ilə görüşüb. Bu barədə Day.Az-a Nazirlər Kabinetindən məlumat verilib.

Əli Əsədov Pakistanın federal hüquq və ədliyyə naziri ilə məhkəmə-hüquq sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycanca, 10 июля 2025 18:21 (UTC +04:00) 532
Əli Əsədov Pakistanın federal hüquq və ədliyyə naziri ilə məhkəmə-hüquq sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 10-da Pakistan İslam Respublikasının federal hüquq və ədliyyə naziri Azam Nazir Tarar ilə görüşüb.

Bu barədə Day.Az-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan ilə Pakistan arasında mövcud olan strateji tərəfdaşlığın uzun illərə söykənən dostluq və qardaşlıq prinsiplərinə əsaslandığı bildirilib.

Dövlətlərarası münasibətlərin bütün sahələrdə yüksək inkişaf dinamikasından məmnunluq ifadə olunub.

İki ölkənin məhkəmə-hüquq sistemləri arasında əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilib, xüsusilə də ədliyyə nazirlikləri arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində hüquqi sahədə səmərəli tərəfdaşlığın həyata keçirildiyi vurğulanıb.

Görüş zamanı Azərbaycan ilə Pakistan arasında müxtəlif istiqamətlərdə, o cümlədən məhkəmə-hüquq sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости