https://news.day.az/azerinews/1814093.html Bakıda bir sıra yollarda sürət həddi endirildi Şaxtalı hava şəraiti səbəbindən bir sıra yollarda sürət həddi endirildi, bütün portallarda "sürüşkən yol" işarəsi aktivləşdirildi. Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücülərə müraciətində bildirilir.

Bakıda bir sıra yollarda sürət həddi endirildi

Azərbaycanca, 4 февраля 2026 22:10 (UTC +04:00) 349
Bakıda bir sıra yollarda sürət həddi endirildi

Şaxtalı hava şəraiti səbəbindən bir sıra yollarda sürət həddi endirildi, bütün portallarda "sürüşkən yol" işarəsi aktivləşdirildi.

Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücülərə müraciətində bildirilir.

Hazırda Bakıda müşahidə edilən şaxtalı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan-Zuğulba-Bilgəh yollarında isə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Ümumilikdə qeyd edilən yollarda hərəkət sürəti 70 km/saat təyin edilib.

Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda "sürüşkən yol " işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости