https://news.day.az/azerinews/1823912.html
Bakı səmasında dronlar görünəcək – Müdafiə Nazirliyi açıqlama yaydı
Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində təlim-məşq uçuşları həyata keçiriləcək. Day.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bakı səmasında dronlar görünəcək – Müdafiə Nazirliyi açıqlama yaydı
Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində təlim-məşq uçuşları həyata keçiriləcək.
Day.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, 2026-cı ilin hazırlıq planına uyğun olaraq martın 23-ü saat 16:00 radələrində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində təlim-məşq uçuşları həyata keçiriləcək.
"Səmada müşahidə ediləcək PUA aktivliyi ilə bağlı əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda qeyd olunub.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре