Yağışın yollarda yaratdığı çətinliklər aradan qaldırılır - VİDEO
Ölkə ərazisində yağan aramsız yağışlar avtomobil yollarında, xüsusilə paytaxtın küçə və prospektlərində bir sıra çətinliklər yaradıb. Yollarda hərəkətin nizamlanması, eləcə də fəsadların aradan qaldırılması məqsədilə DYP əməkdaşları aidiyyəti qurumlarla birgə çalışır.
Bu barədə Day.Az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Nasazlıq səbəbindən məcburi dayanan avtomobillər yoldan kənarlaşdırılır, piyadaların yolu təhlükəsiz keçmələrinə bilavasitə köməklik göstərilir.
Respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyatın intensiv hərəkətinin təmin olunması üçün YPX Alayının əməkdaşları tərəfindən fasiləsiz xidmət aparılır.
"Baş Dövlət Yol Polisi İdarəsi mövcud havanın yol hərəkəti iştirakçıları üçün əlverişsiz olduğunu nəzərə alaraq, bir daha onları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, yolların sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtləri ilə əlaqədar sürücüləri ehtiyat tədbirləri görməyə çağırır", - idarədən bildirilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре