https://news.day.az/azerinews/1824952.html Filippində yanacaq böhranı: 300-dən çox yanacaqdoldurma məntəqəsi bağlanıb Filippində ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların təsiri yanacaq təchizatında ciddi şəkildə hiss olunur. Hökumət rəsmiləri təchizat zəncirində yaranan məhdudiyyətlər səbəbindən ölkə üzrə 300-dən çox yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırdığını açıqlayıb.

Filippində yanacaq böhranı: 300-dən çox yanacaqdoldurma məntəqəsi bağlanıb

Azərbaycanca, 30 марта 2026 18:15 (UTC +04:00) 382
Filippində yanacaq böhranı: 300-dən çox yanacaqdoldurma məntəqəsi bağlanıb

Filippində ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların təsiri yanacaq təchizatında ciddi şəkildə hiss olunur. Hökumət rəsmiləri təchizat zəncirində yaranan məhdudiyyətlər səbəbindən ölkə üzrə 300-dən çox yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırdığını açıqlayıb.

Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, ölkə üzrə yanacaq təchizatında baş verən fasilələr enerji sektorunda ciddi durğunluğa səbəb olub.

Filippin Milli Polisi tərəfindən paylaşılan son monitorinq məlumatlarına görə, hazırda ölkə üzrə ümumilikdə 365 yanacaqdoldurma məntəqəsi fəaliyyətini tam dayandırıb. Təchizat məhdudiyyətləri səbəbindən bir çox bölgədə nəqliyyat və logistika xidmətlərində də fasilələr qeydə alınıb.

Rəsmilər mövcud ehtiyatların ilk növbədə ictimai xidmətlər və fövqəladə hallar üçün istifadə olunan nəqliyyat vasitələri üçün saxlanıldığını bildiriblər. Fevralın 28-dən etibarən başlayan münaqişədən sonra qısa müddətdə ölkədə enerji xərclərində rekord artım müşahidə olunub. Qlobal təklifin azalması və bölgədə gərginliyin artması nəticəsində yanacaq qiymətləri ölkə üzrə iki dəfədən çox yüksəlib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости