https://news.day.az/azerinews/1843712.html Avtomobildə sıxışıb qalan vətəndaş bu cür xilas edildi - VİDEO Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Ziya Bünyadov prospektində qeydə alınan qəza zamanı sürücü avtomobildə sıxılı vəziyyətdə qalıb. Day.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, hadisə yerinə dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub.

Avtomobildə sıxışıb qalan vətəndaş bu cür xilas edildi - VİDEO

Azərbaycanca, 24 июня 2026 12:59 (UTC +04:00) 300
Avtomobildə sıxışıb qalan vətəndaş bu cür xilas edildi

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Ziya Bünyadov prospektində qeydə alınan qəza zamanı sürücü avtomobildə sıxılı vəziyyətdə qalıb.

Day.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, hadisə yerinə dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub.

Araşdırma zamanı müəyyən edilib ki, "Ford" markalı minik avtomobili səkiyə çırpılıb. Qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi avadanlıqların köməyi ilə 1987-ci il təvəllüdlü Xalid Hatəm oğlu Abbasovu avtomobildən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости