https://news.day.az/azerinews/1848796.html DÇ-da 3-cü yer uğrunda oyun: İngiltərə millisi Fransaya qarşı ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçirilən futbol üzrə dünya çempionatı sona yaxınlaşır. Day.Az xəbər verir ki, bu gecə mundialın bürünc medallarının sahibi bəlli olacaq. Üçüncü yer uğrunda görüşdə İngiltərə və Fransa yığmaları üz-üzə gələcəklər.

DÇ-da 3-cü yer uğrunda oyun: İngiltərə millisi Fransaya qarşı

Azərbaycanca, 18 июля 2026 11:00 (UTC +04:00) 245
DÇ-da 3-cü yer uğrunda oyun:

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi 2026-cı il futbol üzrə dünya çempionatı başa çatmaq üzrədir.

Day.Az xəbər verir ki, turnirin üçüncü pilləsinin sahibi iyulun 18-dən 19-na keçən gecə müəyyənləşəcək.

Bürünc medal uğrunda keçiriləcək qarşılaşmada İngiltərə və Fransa milli komandaları üz-üzə gələcək. Mayami şəhərində yerləşən "Hard Rok" stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 01:00-da start götürəcək. Oyunun baş hakimi kimi Venesuelanı təmsil edən FIFA referisi Xesus Valensuela təyin olunub.

Hər iki kollektiv finala yüksəlmək şansını yarımfinal mərhələsində itirib. Fransa seçməsi İspaniyaya məğlub olduğu halda, İngiltərə millisi Argentina səddini aşa bilməyib.

Dünya çempionatının həlledici qarşılaşması isə iyulun 19-da keçiriləcək. Kubok uğrunda İspaniya və Argentina yığmaları mübarizə aparacaq. Final görüşünün start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости