https://news.day.az/azerinews/1850351.html Azərbaycan kanoeçisi Macarıstanda Avropa ikincisi olub Macarıstanın Seqed şəhərində keçrilən kayak və kanoe üzrə gənclər və 23 yaşadək avarçəkənlər arasında Avropa çempionatında Azərbaycan təmsilçisi Tatyana Smilovenko uğurlu nəticə göstərib. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Su İdman Növləri Federasiyasından bildirilib.

Azərbaycan kanoeçisi Macarıstanda Avropa ikincisi olub

Azərbaycanca, 26 июля 2026 17:55 (UTC +04:00) 298
Azərbaycan kanoeçisi Macarıstanda Avropa ikincisi olub

Macarıstanın Seqed şəhərində keçrilən kayak və kanoe üzrə gənclər və 23 yaşadək avarçəkənlər arasında Avropa çempionatında Azərbaycan təmsilçisi Tatyana Smilovenko uğurlu nəticə göstərib.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Su İdman Növləri Federasiyasından bildirilib.

Milli üzvü 500 metr məsafədə birnəfərlik kanoe qayığında mükafatçılar sırasına düşüb.

T.Smilovenko həlledici mərhələ olan A finalında finiş xəttini 2-ci keçərək gümüş medala sahib olub.

Xatırladaq ki, bu idmançının Azərbaycan millisinin tərkibində qitə çempionatında qazandığı ikinci medaldır. O, ötən il Rumıniyanın Piteşti şəhərində təşkil olunmuş 23 yaşa qədər idmançılar arasında Avropa çepionatında 3-cü yer tutub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости