https://news.day.az/azerinews/1854153.html Bu qidalar prostat xərçəngi riskini artırır Yeni araşdırma ultra-emal olunmuş qidaların yüksək miqdarda istehlakı ilə prostat xərçəngi riski arasında əlaqə olduğunu göstərib.

Bu qidalar prostat xərçəngi riskini artırır

Azərbaycanca, 16 августа 2026 02:16 (UTC +04:00) 215
Bu qidalar prostat xərçəngi riskini artırır

Yeni araşdırma ultra-emal olunmuş qidaların yüksək miqdarda istehlakı ilə prostat xərçəngi riski arasında əlaqə olduğunu göstərib.

Day.Az lent.az-a istinadən bildirir ki, tədqiqata əsasən, bu cür qidaları daha çox qəbul edən kişilərdə prostat xərçənginə tutulma riski ən az istehlak edənlərlə müqayisədə təxminən 29-30 faiz daha yüksək olub.

Alimlər bildirirlər ki, söhbət hazır yeməklər, qablaşdırılmış qəlyanaltılar, bəzi emal olunmuş ət məhsulları və digər yüksək dərəcədə emal edilmiş qidalardan gedir.

Araşdırmada yaş, siqaret çəkmə və digər amillər də nəzərə alınıb. Bununla belə, nəticələr səbəb-nəticə əlaqəsini sübut etmir və əlavə tədqiqatlara ehtiyac var.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости