https://news.day.az/azerinews/1854192.html Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb - Premyer Liqa Futbol üzrə Azərbaycan Premyer Liqasında I turun daha iki oyunu keçirilib. Əvvəlcə meydana "Araz-Naxçıvan" və "İmişli" komandaları çıxıblar. Qəbələ şəhər stadionunda təşkil olunacaq görüşdə hesab açılmayıb - 0:0. Digər matçda isə son çempion "Sabah" "Kəpəz"i qəbul edib.

Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb - Premyer Liqa

Azərbaycanca, 15 августа 2026 23:09 (UTC +04:00) 123
Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında I turun daha iki oyunu keçirilib.

Əvvəlcə meydana "Araz-Naxçıvan" və "İmişli" komandaları çıxıblar. Qəbələ şəhər stadionunda təşkil olunacaq görüşdə hesab açılmayıb - 0:0.

Digər matçda isə son çempion "Sabah" "Kəpəz"i qəbul edib. Masazırda yerləşən "Bank Respublika Arena"da baş tutan qarşılaşma paytaxt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Coy-Lens Mikels və Ksander Severina vurublar.

Qeyd edək ki, mövsümün açılış matçında "Turan Tovuz" doğma meydanda "Qəbələ"ni 1:0 hesabı ilə üstələyib. Turun digər oyunları avqustun 16-17-də keçiriləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости