https://news.day.az/azerinews/1855309.html Azərbaycanda dəmiryol keçidlərində 7 ayda 21 hadisə qeydə alınıb Bu ilin yanvar-iyul aylarında dəmiryol keçidlərində 21 təhlükəli hadisə qeydə alınıb. Day.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən məlumat verilib. Bildirilib ki, tələskənlik və diqqətsizlik nəticəsində qatar yoluna çıxan sürücü və piyadalar arasında xəsarət alanlar və həyatını itirənlər olub.

Azərbaycanda dəmiryol keçidlərində 7 ayda 21 hadisə qeydə alınıb

Azərbaycanca, 21 августа 2026 16:21 (UTC +04:00) 189
Azərbaycanda dəmiryol keçidlərində 7 ayda 21 hadisə qeydə alınıb

Bu ilin yanvar-iyul aylarında dəmiryol keçidlərində 21 təhlükəli hadisə qeydə alınıb.

Day.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən məlumat verilib.

Bildirilib ki, tələskənlik və diqqətsizlik nəticəsində qatar yoluna çıxan sürücü və piyadalar arasında xəsarət alanlar və həyatını itirənlər olub.

Belə hadisələrin qarşısının alınması məqsədilə ADY tərəfindən dəmiryol keçidlərinin yaxınlığında xüsusi xəbərdaredici posterlərin quraşdırılmasına başlanılıb.

ADY sürücü və piyadaları qatar yoluna çıxmamağa, dəmiryol keçidlərində diqqətli və məsuliyyətli olmağa çağırıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости