Xırdalan–Bakı qatarının qrafiki dəyişdirilib - Təmir işləri aparılır
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Xırdalan-Biləcəri sahəsində infrastrukturun yenilənməsi çərçivəsində dəmiryol körpüsünün bərpasına başlayıb.
Day.Az xəbər verir ki, QSC-dən verilən məlumata görə, körpüdə bərpa işlərinin başlaması ilə şəhərətrafı qatarların hərəkət qrafikində müvəqqəti dəyişikliklər edilib.
Belə ki, Xırdalan-Bakı istiqamətində hərəkət sürəti və istiqamətinin dəyişməsi ilə əlaqədar dəyişikliklər səbəbindən qatarların çatma müddəti müvəqqəti olaraq artıb.
Bununla yanaşı, şəhərətrafı qatarların gündəlik reys sayı artırılaraq 84-dən 90-a çatdırılıb.
Bildirilib ki, körpünün bərpası başa çatdıqdan sonra sözügedən istiqamət üzrə sürət həddi artırılacaq və qatarların hərəkət qrafiki müvafiq qaydada tənzimlənəcək. Eyni zamanda, Xırdalan-Sumqayıt xətti üzrə sərnişindaşıma bərpa ediləcək.
Hərəkətin tədris ili başladıqdan qısa müddət sonra tam bərpası nəzərdə tutulur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре