https://news.day.az/azerinews/1857359.html Bakı-Tbilisi qatarına saxta bilet satılır - FOTO Son günlər Azərbaycan Dəmir Yollarına (ADY) bu marşrut üzrə saxta biletlərin satılması ilə bağlı vətəndaşlardan müraciətlər daxil olur. Day.Az xəbər verir ki, bəzi turizm şirkətləri və sosial şəbəkə hesabları mövcud olmayan yerlər üzrə sərnişinlərə saxta biletlər təqdim edir.

Bakı-Tbilisi qatarına saxta bilet satılır - FOTO

Azərbaycanca, 2 сентября 2026 14:57 (UTC +04:00) 265
Bakı-Tbilisi qatarına saxta bilet satılır

Son günlər Azərbaycan Dəmir Yollarına (ADY) bu marşrut üzrə saxta biletlərin satılması ilə bağlı vətəndaşlardan müraciətlər daxil olur.

Day.Az xəbər verir ki, bəzi turizm şirkətləri və sosial şəbəkə hesabları mövcud olmayan yerlər üzrə sərnişinlərə saxta biletlər təqdim edir.

ADY-dən qeyd olunub ki, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilir və araşdırmalar aparılır. Saxtakarlıq halları mütəmadi olaraq aşkarlanır, bu əməlləri törədən şəxslərin və müvafiq sosial şəbəkə səhifələrinin müəyyən edilərək qanunvericiliyə uyğun şəkildə cəzalandırılması təmin olunur.

ADY bir daha bildirir ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə heç bir turizm şirkəti və ya vasitəçi ilə əməkdaşlıq etmir, həmçinin bilet kvotası ayırmır.

Sərnişinlərə biletləri yalnız ADY-nin rəsmi internet saytı, "ADY Mobile" tətbiqi və dəmiryol kassalarından əldə etmək tövsiyə olunur.

  • Bakı-Tbilisi qatarına saxta bilet satılır
  • Bakı-Tbilisi qatarına saxta bilet satılır
  • Bakı-Tbilisi qatarına saxta bilet satılır
  • Bakı-Tbilisi qatarına saxta bilet satılır
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости