https://news.day.az/azerinews/1857661.html
Mahir yenə qol vurdu - VİDEO
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Rakuv" klubunda növbəti qolunu vurub. Day.Az xəbər verir ki, 29 yaşlı hücumçu Polşa çempionatının 6-cı turunda "Qurnik"lə (Zabje) matçda fərqlənib. Start heyətində meydana çıxan Emreli 79-cu dəqiqədə rəqib qapısına yol taparaq hesabı 1:2 edib.
Mahir yenə qol vurdu - VİDEO
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Rakuv" klubunda növbəti qolunu vurub.
Day.Az xəbər verir ki, 29 yaşlı hücumçu Polşa çempionatının 6-cı turunda "Qurnik"lə (Zabje) matçda fərqlənib.
Start heyətində meydana çıxan Emreli 79-cu dəqiqədə rəqib qapısına yol taparaq hesabı 1:2 edib. Oyun elə bu hesabla "Qurnik"in xeyrinə başa çatıb.
Qeyd edək ki, Mahir bununla cari mövsüm "Rakuv"un heyətində bütün turnirlərdə 11-ci oyununda 6-cı qolunu vurub. Onun aktivində 1 məhsuldar ötürmə də var.
Əlavə edək ki, bu mövsüm Polşa çempionatında keçirdiyi 5 oyunun hamısında uduzan "Rakuv" 0 xalla sonuncu - 18-ci yeri tutur.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре