https://news.day.az/azerinews/1857849.html Uşaqlar arasında yayılan virusun əlamətləri AÇIQLANDI - VİDEO Son günlər uşaqlar arasında ürəkbulanma, ishal, qarın ağrısı, baş ağrısı, halsızlıq, qusma və yüksək hərarət kimi əlamətlərlə həkimə müraciətlərin sayı artıb. Day.Az Xəzər TV-yə istinadən xəbər verir ki, pediatrların sözlərinə görə, mövsüm dəyişikliyi ilə əlaqədar viral infeksiyaların yayılması müşahidə olunur.

Uşaqlar arasında yayılan virusun əlamətləri AÇIQLANDI - VİDEO

Azərbaycanca, 4 сентября 2026 17:33 (UTC +04:00) 128
Uşaqlar arasında yayılan virusun əlamətləri

Son günlər uşaqlar arasında ürəkbulanma, ishal, qarın ağrısı, baş ağrısı, halsızlıq, qusma və yüksək hərarət kimi əlamətlərlə həkimə müraciətlərin sayı artıb.

Day.Az Xəzər TV-yə istinadən xəbər verir ki, pediatrların sözlərinə görə, mövsüm dəyişikliyi ilə əlaqədar viral infeksiyaların yayılması müşahidə olunur.

Həkimlər valideynlərə ilk növbədə uşağın kifayət qədər maye qəbul etməsinə diqqət etməyi tövsiyə edir. Güclü qusma və ya ishal zamanı susuzlaşma yarana bilər və belə hallarda vaxt itirmədən həkimə müraciət edilməlidir.

Mütəxəssislər bildirir ki, virus mənşəli xəstəliklərdə antibiotiklərin özbaşına istifadəsi yolverilməzdir. Dərman preparatları yalnız həkim nəzarəti ilə verilməli, yoluxmanın qarşısının alınması üçün gigiyena qaydalarına və təmas zamanı ehtiyat tədbirlərinə əməl olunmalıdır.

Ətraflı videomaterialda:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости