https://news.day.az/azerinews/1858478.html
Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir
Antalyanın Aksu və Kəpəz rayonlarında başlayan və geniş əraziyə yayılan meşə yanğını havadan və qurudan söndürülür. Day.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Antalyanın Serik, Adananın Karaisalı və Feke, Kayserinin Yahyalı rayonlarında baş verən digər yanğınlar isə nəzarət altına alınıb.
Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir
Antalyanın Aksu və Kəpəz rayonlarında başlayan və geniş əraziyə yayılan meşə yanğını havadan və qurudan söndürülür.
Day.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Antalyanın Serik, Adananın Karaisalı və Feke, Kayserinin Yahyalı rayonlarında baş verən digər yanğınlar isə nəzarət altına alınıb.
Yanğın səbəbilə Antalya Şimal Dairəvi Yolu və Antalya-İsparta avtomobil yolunun bir hissəsi təhlükəsizlik məqsədilə nəqliyyata bağlanıb.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре