https://news.day.az/azerinews/1858528.html Oyuncaq maşınla yola çıxan şəxs SAXLANILDI - VİDEO Bakıda hərəkətin intensiv olduğu yolda oyuncaq nəqliyyat vasitəsi ilə hərəkət edərək həm özünün, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün real təhlükə yaradan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Oyuncaq maşınla yola çıxan şəxs SAXLANILDI - VİDEO

Azərbaycanca, 8 сентября 2026 12:53 (UTC +04:00) 142
Oyuncaq maşınla yola çıxan şəxs

Bakıda hərəkətin intensiv olduğu yolda oyuncaq nəqliyyat vasitəsi ilə hərəkət edərək həm özünün, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün real təhlükə yaradan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Day.Az-a bildirilib ki, 2001-ci il təvəllüdlü Mirzəli soyadlı həmin şəxs saxlanılıb.

Onun barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür.

Məlumatda vurğulanıb ki, hərəkətin intensiv olduğu avtomobil yollarında bu cür təhlükəli davranışlar ağır nəticələrə səbəb ola bilər. Hər bir hərəkət iştirakçısı həm özünün, həm də digər şəxslərin həyat və sağlamlığının təhlükəsizliyinə məsuliyyətlə yanaşmalıdır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости