https://news.day.az/azerinews/1858884.html İnfarktdan əvvəl bu əlamətlər yarana bilər – Kardioloqlardan xəbərdarlıq İnfarktın bəzi əlamətləri hadisədən bir neçə gün, hətta həftə əvvəl ortaya çıxa bilər. Day.Az xəbər verir ki, amerikalı kardioloqlar Abhi Kandelval və Rocer Blumental xəbərdarlıq ediblər ki, sinədə təkrarlanan ağrı və ya təzyiq əsas erkən siqnallardan biridir.

İnfarktdan əvvəl bu əlamətlər yarana bilər – Kardioloqlardan xəbərdarlıq

Azərbaycanca, 10 сентября 2026 05:33 (UTC +04:00) 215
İnfarktdan əvvəl bu əlamətlər yarana bilər

İnfarktın bəzi əlamətləri hadisədən bir neçə gün, hətta həftə əvvəl ortaya çıxa bilər.

Day.Az xəbər verir ki, amerikalı kardioloqlar Abhi Kandelval və Rocer Blumental xəbərdarlıq ediblər ki, sinədə təkrarlanan ağrı və ya təzyiq əsas erkən siqnallardan biridir.

Mütəxəssislərin sözlərinə görə, boyun, çiyin, qol və çənədə ağrı və ya uyuşma, adi fiziki fəaliyyətdən sonra yaranan nəfəs darlığı, ürəkbulanma, qarın ağrısı və güclü yorğunluq da infarktdan əvvəl müşahidə oluna bilər. Kandelval xəstələrinin təxminən üçdə ikisinin infarktdan əvvəlki ayda sinə ağrısı yaşadığını bildirib.

Həkimlər qeyd ediblər ki, infarkt günü və ya hadisədən bir neçə gün əvvəl simptomlar daha tez-tez təkrarlana, uzun sürə və güclənə bilər. Bu cür əlamətlər yarandıqda vaxt itirmədən tibbi yardım almaq vacibdir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости