https://news.day.az/azerinews/1858889.html İran Ermənistanın Qafandakı konsulluğuna yeni baş konsul təyin edib İran Ermənistanın Qafan şəhərindəki baş konsulluğuna yeni baş konsul təyin edib. İranın Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, nazir Seyid Abbas Əraqçi İranın Ermənistanın Qafan şəhərindəki yeni baş konsulu Davud Yayci ilə görüşüb. Qafana yola düşməzdən öncə baş konsul yeni vəzifəsində öz proqramı haqda nazirə məlumat verib.

İran Ermənistanın Qafandakı konsulluğuna yeni baş konsul təyin edib

Azərbaycanca, 9 сентября 2026 18:04 (UTC +04:00) 195
İran Ermənistanın Qafandakı konsulluğuna yeni baş konsul təyin edib

İran Ermənistanın Qafan şəhərindəki baş konsulluğuna yeni baş konsul təyin edib.

İranın Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, nazir Seyid Abbas Əraqçi İranın Ermənistanın Qafan şəhərindəki yeni baş konsulu Davud Yayci ilə görüşüb. Qafana yola düşməzdən öncə baş konsul yeni vəzifəsində öz proqramı haqda nazirə məlumat verib.

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi İran və Ermənistan arasında yaxşı qonşuluq siyasəti çərçivəsində münasibətlərin əhəmiyyətinə toxunub və bütün sahələrdə, xüsusilə də iqtisadi və konsulluq sahələrində münasibətlərin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

 

Qeyd edək ki, İran 2022-ci ildə Murtaza Abedin Vəramini İranın Ermənistanın Qafan şəhərindəki baş konsulu təyin etmişdi.

Əlavə edək ki, İran 2021-ci ildə Ermənistanın Sünik vilayətinin Qafan şəhərində baş konsulluğun açılması barədə qərar qəbul edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости