https://news.day.az/azerinews/1860189.html Azərbaycan COP31-in uğurla keçirilməsində Türkiyəyə tam dəstəyini ifadə edir - Ceyhun Bayramov Azərbaycan Türkiyənin COP31-ə ev sahibliyi etməsini tam dəstəkləyir və COP31-in hazırlıq mərhələsində, eləcə də tədbirin keçirilməsi zamanı ən fəal şəkildə iştirak edəcək.

Azərbaycan COP31-in uğurla keçirilməsində Türkiyəyə tam dəstəyini ifadə edir - Ceyhun Bayramov

Azərbaycanca, 15 сентября 2026 14:53 (UTC +04:00) 196
Azərbaycan COP31-in uğurla keçirilməsində Türkiyəyə tam dəstəyini ifadə edir

Azərbaycan Türkiyənin COP31-ə ev sahibliyi etməsini tam dəstəkləyir və COP31-in hazırlıq mərhələsində, eləcə də tədbirin keçirilməsi zamanı ən fəal şəkildə iştirak edəcək.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla Bakıda birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, Türkiyənin COP31-ə ev sahibliyi etməsi ilə bağlı Azərbaycan tərəfindən tam dəstək ifadə olunur.

"Həmçinin bu yaxın zamanlarda COP31-ə ev sahibliyi edən Türkiyə tam dəstəyini ifadə edir və bütün heyətimiz COP30-da iştirak etmiş, ondan sonra iqlim diplomatiyası sayəsində fəaliyyət göstərən heyətimiz COP31-in uğurla həyata keçirilməsi, hansında ki bizim heç bir şübhəmiz yoxdur, bu hazırlıq mərhələsində və bilavasitə tədbirin keçirilməsi zamanı ən fəal iştirak edəcəkdir", - deyə C.Bayramov bildirib.

O qeyd edib ki, Azərbaycan və Türkiyənin iştirakı ilə bir sıra mühüm regional çoxtərəfli və dördtərəfli formatlar mövcuddur.

Nazirin sözlərinə görə, bu formatlara Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Özbəkistan və Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlıq platformalarını misal göstərmək olar.

"Bu gün Hakan Fidanla müzakirələrimiz kontekstində bu formatlar çərçivəsində mövcud olan əlaqələndirmə və onların davam etdirilməsinin önəmini biz müzakirə etdik", - deyə nazir vurğulayıb.

C.Bayramov bildirib ki, görüşdə yerləşdikləri geniş coğrafiyada baş verən proseslər də müzakirə mövzularından biri olub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости