https://news.day.az/azerinews/1860563.html Azərbaycan və Keniya arasında parlamentlərarası əməkdaşlığın inkişafı müzakirə edilib Azərbaycan və Keniya arasında parlamentlərarası əməkdaşlığın inkişafı müzakirə edilib. Bu barədə Azərbaycan Respublikasının Keniya Respublikasındakı səfiri Sultan Hacıyev ilə Keniya Respublikası Senatının sədri Amason Jeffah Kingi arasında keçirilmiş görüşə dair məlumatda qeyd edilib.

Azərbaycan və Keniya arasında parlamentlərarası əməkdaşlığın inkişafı müzakirə edilib

Azərbaycanca, 16 сентября 2026 18:47 (UTC +04:00) 196
Azərbaycan və Keniya arasında parlamentlərarası əməkdaşlığın inkişafı müzakirə edilib

Azərbaycan və Keniya arasında parlamentlərarası əməkdaşlığın inkişafı müzakirə edilib.

Bu barədə Azərbaycan Respublikasının Keniya Respublikasındakı səfiri Sultan Hacıyev ilə Keniya Respublikası Senatının sədri Amason Jeffah Kingi arasında keçirilmiş görüşə dair məlumatda qeyd edilib.

Bildirilib ki, sentyabrın 16-da Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev və Keniya Respublikası Senatının sədri Amason Jeffah Kingi arasında görüş keçirilib.

Səfirlikdən qeyd edilib ki, Sultan Hacıyev ötən dövr ərzində Azərbaycan və Keniya arasında münasibətlərin dinamik inkişafından söhbət açıb. Keniya Senatında parlamentlərarası dostluq qrupunun, eyni zamanda, Azərbaycanın Milli Məclisində əlaqələr üzrə işçi qrupunun təsis olunmasını iki ölkə arasında münasibətlərində mühüm mərhələ olduğunu vurğulayıb.

Senatın sədri A. J. Kingi qanunverici orqanlar arasında əməkdaşlığın inkişaf tempindən razılıq ifadə edib. Keniya Prezidenti Uilyam Samoei Rutonun WUF13-də iştirak etmək üçün Bakıya səfərinin bu kontekstdə əhəmiyyətini qeyd edib. Əlavə edib ki, ikitərəfli iş birliyi ilə bərabər parlamentlərin beynəlxalq arenada, o cümlədən Qoşulmama Hərəkatı və Parlamentlərarası İttifaq çərçivəsində səmərəli əməkdaşlığının inkişafı hər iki ölkənin maraqlarına xidmət edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости