https://news.day.az/azerinews/1862030.html Zelenski Moskvaya dəvət olunub Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna məsələsinin sülh yolu ilə nizamlanması ilə bağlı təmaslarda maraqlıdırsa, Moskvaya gələ bilər. Day.Az xəbər verir ki, TASS-ın məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib

Zelenski Moskvaya dəvət olunub

Azərbaycanca, 23 сентября 2026 14:43 (UTC +04:00) 182
Zelenski Moskvaya dəvət olunub

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna məsələsinin sülh yolu ilə nizamlanması ilə bağlı təmaslarda maraqlıdırsa, Moskvaya gələ bilər.

Day.Az xəbər verir ki, TASS-ın məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib

"Rusiya Prezidenti Vladimir Putinlə Zelenski arasında görüşə gəlincə, bizim mövqeyimiz hamıya yaxşı məlumdur. Putin bildirib ki, Zelenski istəsə, Moskvaya gələ bilər", - deyə o qeyd edib.

Peskovun sözlərinə görə, Rusiya səfəri zamanı Ukrayna liderinə təhlükəsizlik təminatları verməyə hazırdır. O, həmçinin xatırladıb ki, Zelenski Ukrayna münaqişəsinin həlli üçün hansı qərarların qəbul edilməli olduğunu bilir.

Kremlin rəsmi nümayəndəsi həmçinin bildirib ki, Rusiya Kiyevin sülh danışıqlarının başlanması üçün "ilkin şərtləri əngəlləyən terror fəaliyyətinə baxmayaraq, sülh danışıqlarına açıq mövqeyini qoruyur".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости