https://news.day.az/azerinews/1862110.html Polşaya Rusiya helikopteri daxil olub Rusiya Silahlı Qüvvələrinə məxsus "Mi-8" hərbi helikopteri Kalininqrad vilayəti istiqamətindən qısa müddətə Polşanın hava məkanına daxil olub. Bu barədə Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı məlumat yayıb.

Polşaya Rusiya helikopteri daxil olub

Azərbaycanca, 23 сентября 2026 18:03 (UTC +04:00) 190
Polşaya Rusiya helikopteri daxil olub

Rusiya Silahlı Qüvvələrinə məxsus "Mi-8" hərbi helikopteri Kalininqrad vilayəti istiqamətindən qısa müddətə Polşanın hava məkanına daxil olub.

Bu barədə Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı məlumat yayıb.

Polşa tərəfinin məlumatına görə, helikopter ölkənin hava məkanında təxminən 42 saniyə qalıb və sərhəddən təxminən 300 metr dərinliyə irəliləyib.

 

Buna cavab olaraq Polşa qırıcı təyyarələri havaya qaldırıb, həmçinin quru qoşunlarının bölmələrini döyüş hazırlığı vəziyyətinə gətirib. Polşa komandanlığı insidentin xarakterinin ölkənin hava hücumundan müdafiə sisteminin hazırlıq səviyyəsinin yoxlanılmasına işarə edə biləcəyini bildirib.

Polşa hərbçiləri vəziyyətin nəzarət altında olduğunu və əhali üçün təhlükə yaratmadığını bildiriblər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости