https://news.day.az/azerinews/1862450.html
İki avtomobil toqquşub - Ölən və yaralananlar var
İki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb. Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə sentyabrın 24-də Sabirabad rayonunun Osmanlı kəndi ərazisində baş verib.
İki avtomobil toqquşub - Ölən və yaralananlar var
İki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb.
Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə sentyabrın 24-də Sabirabad rayonunun Osmanlı kəndi ərazisində baş verib.
Belə ki, Oktay Qasımovun idarə etdiyi "Hyundai" markalı avtomobil qarşı istiqamətdən gələn Rahim İbrahimovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillə toqquşub.
Qəza nəticəsində R. İbrahimov hadisə yerində ölüb. O. Qasımov və avtomobildəki sərnişinlər Kamal Mövsüm oğlu Qədirli ilə Mirəli Seyidhəşim oğlu Əskərov müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре