Gəncləri təhdid edən xəstəlik: Qalxanabənzər vəzi xərçəngi artır - SƏBƏB - VİDEO
Gənclər arasında qalxanabənzər vəzi xərçəngi ilə bağlı halların sayı artır.
Day.Az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, son beş ildə 14-29 yaş aralığında 186 nəfərə bu diaqnoz qoyulub. 2021-ci ildə 26, 2022-ci ildə 31, 2023-cü ildə 32, 2024-cü ildə 42, 2025-ci ildə isə 55 belə hal qeydə alınıb.
Mütəxəssislər xəstəliyin artmasını yalnız mobil telefonlardan istifadə ilə əlaqələndirməyin doğru olmadığını bildirirlər. Onların sözlərinə görə, ionlaşdırıcı şüalanma, radioterapiya, qeyri-sağlam qidalanma, tütün və alkoqol istifadəsi, stress və digər amillər də risk yarada bilər. Eyni zamanda, müasir diaqnostik üsulların daha geniş tətbiqi xəstəliyin erkən aşkarlanmasına və statistikanın artmasına səbəb ola bilər.
Həkimlər sağlam həyat tərzinə üstünlük verməyi, zərərli vərdişlərdən uzaq durmağı və tibbi müayinələrdən vaxtında keçməyi tövsiyə edirlər. Xüsusilə ionlaşdırıcı şüalanmanın təsirindən qorunmaq və tibbi müayinələr zamanı zəruri olmayan şüalanmalardan qaçmaq vacibdir.
Ətraflı "ATV"-nin videomaterialında:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре