https://news.day.az/azerinews/1863650.html Cəlilabadda kütləvi zəhərlənmə olub - Araşdırma aparılır 29 sentyabr 2026-cı il tarixində Cəlilabad rayonunun Uzuntəpə kəndində keçirilən mərasimdə kütləvi zəhərlənmə olub. Day.Az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.

Cəlilabadda kütləvi zəhərlənmə olub - Araşdırma aparılır

Azərbaycanca, 30 сентября 2026 12:51 (UTC +04:00) 176
Cəlilabadda kütləvi zəhərlənmə olub

29 sentyabr 2026-cı il tarixində Cəlilabad rayonunun Uzuntəpə kəndində keçirilən mərasimdə kütləvi zəhərlənmə olub.

Day.Az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.

Bildirilib ki, 29 sentyabr 2026-cı il tarixində Cəlilabad rayonunun Uzuntəpə kəndində keçirilən mərasimdə 11 nəfərin qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Biləsuvar rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edilib ki, həmin şəxslər ambulator müayinədən keçirildikdən sonra evə buraxılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости