https://news.day.az/azerinews/1863763.html Hər axşam iki şüşə pivə içənlərə xəbərdarlıq: Asılılıq riski artır Rusiyalı narkoloq və psixiatr Anton Rudkovskinin sözlərinə görə, hər gün pivə içmək zamanla asılılıq riskini artıra bilər. Day.Az-ın məlumatına görə, o bildirib ki, bir-iki şüşə pivə qəbulunu insanlar çox vaxt alkoqol istifadəsi kimi qiymətləndirməsələr də, mütəmadi istehlak beyində bu vərdişi möhkəmləndirə bilər.

Hər axşam iki şüşə pivə içənlərə xəbərdarlıq: Asılılıq riski artır

Azərbaycanca, 1 октября 2026 01:38 (UTC +04:00) 271
Hər axşam iki şüşə pivə içənlərə xəbərdarlıq:

Rusiyalı narkoloq və psixiatr Anton Rudkovskinin sözlərinə görə, hər gün pivə içmək zamanla asılılıq riskini artıra bilər.

Day.Az-ın məlumatına görə, o bildirib ki, bir-iki şüşə pivə qəbulunu insanlar çox vaxt alkoqol istifadəsi kimi qiymətləndirməsələr də, mütəmadi istehlak beyində bu vərdişi möhkəmləndirə bilər.

Mütəxəssis qeyd edib ki, asılılıq adətən qəfil yaranmır və gündəlik təkrarlanan vərdişlərlə başlayır. İnsan müəyyən müddətdən sonra pivəni istəmədən, avtomatik şəkildə almağa və qəbul etməyə başlayır. Alkoqol qəbul edilmədikdə əsəbilik və narahatlıq yarana bilər.

Rudkovski vurğulayıb ki, əsas risk içkinin növündən çox, onun gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsidir. Bu səbəbdən hər axşam qəbul edilən "bir-iki şüşə pivə" də diqqətdən kənarda qalmamalıdır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости