Uşaqlardakı bu əlamətlərə DİQQƏT EDİN
Son günlər uşaqlar arasında halsızlıq, qusma, ishal, öskürək və yüksək temperaturla müşayiət olunan virus infeksiyalarında artım müşahidə edilir.
Day.Az xəbər verir ki, həkimlər xüsusilə 2-10 yaş arası uşaqlarda yoluxmaların çoxaldığını bildirirlər. Xəstəlik bəzi hallarda orta qulaq infeksiyası, bronxit və pnevmoniya kimi fəsadlara səbəb ola bilər.
Pediatr Kamil Şərifovun sözlərinə görə, immuniteti zəif, allergiyası olan, burun əti problemi yaşayan və peyvəndləri tam olmayan uşaqlar risk qrupundadır. Xüsusilə körpələrdə xəstəlik daha ağır keçə və xəstəxanaya, hətta reanimasiyaya yatışla nəticələnə bilər.
Mütəxəssislər xəstələnən uşaqların həkim nəzarətində saxlanılmasını və vəziyyət ağırlaşdıqda vaxtında tibbi yardım alınmasını tövsiyə edirlər. Həkim göstərişi olmadan antibiotik istifadəsi isə düzgün deyil və sonrakı müalicəni çətinləşdirə bilər.
Ətraflı "Xəzər TV"-nin videomaterialında:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре